"Oyun çox ağır keçdi. Hesabda geridə olduğunuz zaman işiniz çətinləşir. Amma xarakter nümayiş etdirdik və qələbə qazanmağa nail olduq".
Sportal.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının üzvü Nikola Vlaşiç AÇ-2020-nin seçmə mərhələsində doğma meydanda millimizə qalib gəldikləri matçı dəyərləndirərkən deyib.
Gənc futbolçu qarşılamada meydana sonradan daxil olmasına da münasibət bildirib: "Ehtiyatda oturmaq məni narahat etmir. Ürəyim qarşılaşmanın hər anında meydandakı mübarizə ilə döyünür".
Vlaşiç Macarıstan önünə fərqli sistemdə çıxacaqlarını da sözlərinə əlavə edib: "Fikrimcə, Macarıstanla oyun daha çətin olacaq. Bu qarşılaşma ilə bağlı düşüncələr fərqli olacaq. Hansı futbolçuların daha uyğun olacağını görəcəyik. İnanıram ki, həmin səfərdən 3 xalla ayrılmağı bacaracağıq".
Qeyd edək ki, Macarııstan - Xorvatiya matçı martın 24-də Budapeştdə keçiriləcək.
saytlarin hazirlanmasi