Klub prezidenti Kavaniyə görə sabiq "Neftçi"lini ittiham etdi

17:47 - 5 Fevral 2020

"Atletiko"nun prezidenti Enrike Sereso PSJ-nin hücumçusu Edinson Kavanini transfer edə bilməmələrinin səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, klub prezidenti uruqvaylı futbolçunun qardaşı və agenti olan Valter Quqlielmoneni ittiham edib:

 

"Bəzi futbolçuların agentləri və qohumları ilə olan əlaqəsi utancvericidir. Biz soyulmaq üçün klubda deyilik".

 

Quqlielmone Seresonun cavabını verib. O, "Atletiko"nun transfer məbləğini qarşılaya bilmədiyini deyib:

 

"Əgər Kavaninin pul problemi olsaydı, İngiltərə Premyer Liqasına üz tutardı. "Çelsi" və "Mançester Yunayted"dən maraq var idi. "Atletiko" transferin məbləğini qarşılaya bilmədi. Buna görə də klublar anlaşmadı".

 

PSJ 32 yaşlı hücumçunun keçidi üçün Madrid klubundan 20 milyon avro tələb edib. Uruqvay millisinin üzvünün Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

 

Kavaninin agentliyini edən 41 yaşlı Quqlielmone 2007-2009-cu illərdə Bakının "İnter" (indiki "Keşlə"), 2009-2010-cu illərdə isə "Neftçi" klubunda çıxış edib. Keçmiş hücumçu "İnter"də 45 oyunda 28 qol, "Neftçi"də isə 22 matçda 2 qol vurub.

 

Xəbər xətti