"Barselona"nın "twitter" hesabına "OurMine" adlı xaker qrupu hücum edib.
Sportal.az xəbər verir ki, qrup klubun sosial şəbəkə hesabında "Salam, biz "OurMine" qrupuyuq. Bu, 2-ci səfərimiz oldu. Təhüləksizlik yaxşıdır, amma ən yaxşı səviyyədə deyil" sözlərini paylaşıb.
Qrup klubun hesabında Neymarla bağlı paylaşım edib: "Şəxsi mesajlarınızı oxuduq. Neymar deyəsən, geri qayıdacaq".
Katalonların ərəb səhifəsində klub prezidenti Xosep Bartomeu istefaya çağırılıb.
Baş verən hadisədən sonra hesabı geri qaytaran "Barselona" üzr mesajı paylaşıb, belə hadisəyə bir daha yol verməyəcəklərini qeyd edib.
saytlarin hazirlanmasi