"Santos" "Barselona"dan 4,5 milyon təzminat istəyir

15:56 - 19 Fevral 2020

7 mövsüm öncə Neymarı "Barselona"Ya satan Braziliyanın "Santos" klubu kataloniyalıların müqavilə şərtlərinə əməl etmədiyi üçün narazıdır.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, anlaşmaya görə, klublar 2 dəfə yoxlama görüşü keçirməli idi. Matçların baş tutmasına görə, Braziliya klubu "Barselona"dan 4,5 milyon avro təzminat istəyib.

 

"Santos" müsbət cavab almasa, ali qurumlara müraciət etmək fikrindədir.

 

"Barselona" Neymarı 2013-cü ildə "Santos"dan 90 milyon avroya transfer etmişdi.

Xəbər xətti