"Sevilya"nın müdafiəçisi Daniel Karrisu karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, portuqalyalı futbolçu Super Liqa təmsilçisi "Uhan Zall"a keçib. Müqavilənin şərtləri açıqlanmayıb.
2013-cü ildən əndəlüsiyalılarda çıxış edən 31 yaşlı müdafiəçi komandada 167 oyun keçirib.
Çində yayılan koronovirus ilk dəfə Uhan şəhərində tapılmışdı. Karrrisunun bu şəhərinə komandasına transfer olması birmənalı qarşılanmayıb.
Super Liqanın start koronovirusa görə yubanır.
saytlarin hazirlanmasi