Ter Şteqen "Barselona"da qalacaq

14:09 - 5 Mart 2020

"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, almaniyalı qolkiper katalonların saziş təklifini qəbul edib. Klubun tezliklə bu barədə açıqlama verəcəyi gözlənilir.

 

27 yaşlı əlcək sahibi 2014-cü ildən "Barselona"da çıxış edir. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Xəbər xətti