Əşrəf "Real"a qayıtmağa hazırdır

16:45 - 10 Mart 2020

İcarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Əşrəf Hakimi müqavilə ilə məxsus olduğu Madrid "Real"ına qayıtmağa hazır olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, mərakeşli müdafiəçi "kral klubu"nun onu geri çağırmayacağı halda, başqa komandaya keçəcəyini deyb:

 

"Madrid mənim evim kimidir. Orada gözəl günlər keçirmişəm. "Real" geri dönməyimi istəsə, qayıda bilərəm. Əgər bunu istəməsələr, hekayəmi başqa klubda davam etdirməli olacağam. Zinəddin Zidana hər zaman minnətdar olmuşam".

 

21 yaşlı futbolçu bu mövsüm "Borussiya"da 36 oyunda 7 qol vurub, 10 assist edib. Hakiminin Dortmund klubu ilə icarə müqaviləsi iyunun 30-da başa çatır.

Xəbər xətti