La Liqada koronavirusa yoluxan ilk futbolçu

15:18 - 15 Mart 2020

İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Esekyel Qaray koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçunun testləri müsbət çıxıb. Argentinalı oyunçu sosial şəbəkə hesabında bu barədə məlumat verib:

 

"2020-ci il çox pis başlayıb. Koronavirus testim müsbət çıxdı. Özümü yaxşı hiss edirəm. Həkimlərin məsləhətlərini diqqətlə dinləyib, əməl edirəm. Hazırda karantindəyəm".

 

Qaray La Liqada koronavirusa yoluxan ilk futbolçu olub.

Xəbər xətti