İspaniyanın “Valensiya” klubunun 35 faizi koronavirusa yoluxub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə oyundan sonra futbolçu və işçilərdən götürülən testlər müsbət çıxıb.
Komandanın müdafiəçiləri - Xose Luis Qaya, Esekyel Qaray və Elyakim Manqalada virus aşkarlanıb. İnfeksiyaya digər yoluxanlar isə texniki heyətin işçiləridir.
saytlarin hazirlanmasi