“Real” mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Alfons Areolanın transfer hüququna sahib olmağa qərar verib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı oyunçunu komandada 2-ci qapıçı kimi saxlamaq fikrindədir.
Bu səbəbdən də "kral klubu" Paris təmsilçisi ilə danışıq aparacaq. "Milan"dan Canluici Donnarummanı transfer etmək istəyən PSJ fransız qapıçının gedişinə mane olmayacaq.
Areola bu mövsüm "Real"da 7 oyun keçirib. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır. Fransa millisinin üzvünün PSJ ilə 2023-cü ilə kimi sözləşməsi mövcuddur.
saytlarin hazirlanmasi