Kral kubokunun finalına azarkeşlərin buraxılması gözlənilir

14:47 - 18 Mart 2020

İspaniya Futbol Federasiyasının prezidenti Luis Ribiales koronavirusa görə təxirə salınan La Liqa və ölkə kubokununun final oyunu ilə bağlı planları açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum rəhbəri hələ qərar vermədiklərini deyib:

 

"Qərarımızı təsdiq etməmişik. Hadisələrin gedişatına görə qərar verəcəyik. Kral kubokunun final matçının mayın 31-də keçiriləcəyinə qərar vermişdik. Ancaq 10 gün içində baş verən hadisələr planları dəyişdirdi. "Atletik" və "Real Sosyedad" arasında keçiriləcək final görüşündə azarkeşlərin olmasını istəyirik. Bunun baş verməsi üçün çalışırıq".

Xəbər xətti