"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola koronavirusla bağlı dəstək nümayiş etdirib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis yetişdiyi klubun şəhəri - Barselonaya 1 milyon avro bağışlayıb. 49 yaşlı çalışdırıcı bu pulu Tibb universiteti və "Angel Soler Daniel" xeyriyyə mərkəzi arasında bölüşdürüb.
İspaniyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub.
saytlarin hazirlanmasi