La Liqanın bərpası üçün 3 variant

12:54 - 28 Mart 2020

İspaniya La Liqasında mövsümün davamı üçün 3 variant müzkairə edilir.

 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, çempionat rəhəbrliyi mayın ortalarında yarışı bərpa edib, iyulda başa çatdırmaq fikrini irəli sürüb. Klublar da həftədə 3 oyun keçirməyə razıdır. Bu təklif qəbul edilsə, oyunlara azarkeşlər buraxılmayacaq.

 

İkinci variant qəbul edilsə, La Liqa yayda bərpa olunub, sentyabrda yekunlaşacaq.

 

Əgər koronavirus davam etsə, mövsüm sentyabrda bərpa olunacaq. 3-cü varianta görə, mövsümün startı yubanacaq.

Xəbər xətti