İspaniyada komandalar üç gündən bir oynayacaqlar

23:37 - 7 Aprel 2020

İspaniya Futbol Federasiyası, oyunçular birliyi və La Liqa rəhbərlərinin konfransı baş tutub.

 

Sportal.az xəbər verir ki, iclasda çempionatın bərpa ediləcəyi halda, oyunların qrafiki müzakirə edilib. Oyunçular birliyi komandaların üç gündən bir oynamalı olduğunu təklif edib. Tərəflər bu şərti qəbul ediblər.

 

Federasiyanın prezidenti Luis Rubiales futbolçuların sağlamlığına önəm verəcəklərini deyib:

 

"Futbolçuların sağlamlığını rəqabətdən üstün tuturuq. May, iyun, iyul, avqust ayları isti keçir. Nəm hava və günəş şüalarının yaratdığı təhlükə altında tez-tez oynamaq mümkün deyil. Üç gündən bir oyun keçirmək olar. Matçlarda ən azı iki dəfə su fasiləsi verilməlidir".

 

İspaniya La Liqasının mayın sonunda və ya iyunun əvvəlində bərpa ediləcəyi gözlənilir.

Xəbər xətti