İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas "Barselona"nın hücumçusu Lionel Messinin karyerasını İtaliyanın "İnter" klubunda davam etdirə biləcəyi barədə çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, qurum rəsmisi argentinalı ulduzun gedəcəyi halda, La Liqada ciddi dəyişikliyin baş verməyəcəyini bildirib:
"Messinin İtaliyaya gedişi ilə A Seriyasındakı maliyyə problemləri düzəlməyəcək. A Seriyasında kritik durumdur və bu problemlər Messinin gəlişi ilə düzəlməz. Əlbəttə, istəyirəm ki, "Barselona"da qalsın. Ancaq Leo getsə, dünyanın sonu deyil. Kriştirano Ronaldo "Yuventus"a gedəndə söyləmişdim ki, pullar itirəcəyik. Ancaq tərsinə oldu, daha çox qazanmağa başladıq. Portuqaliyada da teleyayım gəlirləri artdı.Böyük futbolçular kömək olurlar, amma bir liqa üçün həlledici deyillər".
saytlarin hazirlanmasi