Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasının qalan oyunları Kanar adalarında keçirilə bilər.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Tenerife otelçilər birliyi bu təklifi La Liqa rəhbərliyinə edib. Birliyin rəhbəri adalarda otellərin və futbol infrastrukturun yaxşı olduğu üçün belə təkliflə çıxış edib.
İspaniya La Liqasının mayın sonunda və ya iyunun əvvəlində bərpa ediləcəyi gözlənilir.
saytlarin hazirlanmasi