Messi: "İlk dəfə üz-üzə gələndə Anrinin üzünə baxmağa cürət etmədim"

16:30 - 10 Aprel 2020

"Barselona"nın futbolçusu Lionel Messi keçmiş komanda yoldaşı Tyerri Anri barədə danışıb.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı ulduz futbolçu fransalı oyunçunun "Barselona"ya keçməsindən sonra ilk dəfə üz-üzə gəlmələrindən danışıb:

 

"Anri "Barselona"ya transfer olduqdan sonra ilk dəfə paltardəyişmə otağına gələn zaman üzünə baxmağa cürət etmədim. Ona heyran idim. İngiltərədəki bacarıqlarını görmüşdüm. Artıq bir komandada idik. Onun sayəsində oynamağım rahat idi. Meydanda lazımsız işlər görmürdü. Oyununa baxanda hər şeyin təbii olduğu bilinirdi".

 

Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib.

Xəbər xətti