"Barselona" müflis ola bilər" - prezidentliyə namizəd

17:22 - 13 Aprel 2020

İspaniyanın “Barselona” klubunun növbəti prezident seçkisində rəhbər posta namizəd olan Viktor Font "Mundo Deportivo"ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, katalonların müflis ola biləcəyini deyib:

 

"Futbolçular və klub arasınd aproblemlər var. Klubun idman siyasəti qeyri-stabildir. Koronavirusa görə gəlirlər xeyli azalıb və bu, davam edəcək. Klub iqtisadi və mənəvi müflislik təhlükəsi ilə üz-üzədir. Oyun qurtarıb".

 

Daha əvvəl klubun idarə heyətinin 6 üzvü vəzifəsini tərk edib. Funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələrinə görə belə qərar vermişdilər.

Xəbər xətti