İspaniyanın Səhiyyə Naziri Salvador İlya ölkədə futbol liqalarının bərpa edilib-edilməyəcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, nazir La Liqa və Sequndanın bərpa ediləcəyinə tam əmin olmadığını deyib:
"Futbol liqalarını yaydan əvvəl bərpa edəcəyimizi deyə bilmərəm. İndiki durumda dəqiq söz desəm, mənim üçün ehtiyatsız qərar olar. Virusun hansı yolla getdiyini izləməliyik".
PFL-in prezidenti Xavyer Tebas mayın 28-dən sonra çempionatı davam etdirmək ehtimalının olduğunu demişdi.
saytlarin hazirlanmasi