İspaniya La Liqasının 28-ci turunda “Real”ın “Eybar”ı 3:1 hesabı ilə məğlub etdiyi oyun Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, fransız mütəxəssis baş məşqçi kimi "kral klubu"nda 90-cı qələbəsini qazanıb. O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin “Real”ın baş məşqçisi kimi 89 qələbəsi var.
Zidan indi yalnız Miqel Munyosdan geri qalır - 257 qələbə.
“Real” Zidanın rəhbərliyi altında keçirdiyi 200 matçın 132-də qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub.
saytlarin hazirlanmasi