Artur "Yuventus"a, Pyaniç "Barselona"ya - klublar razılığa gəldi

17:37 - 24 İyun 2020

"Yuventus" və "Barselona" transfer dəyişikliyində anlaşıblar.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, klublar futbolçuları - Artur Melo və Miralem Pyaniçin dəyişdirilməsində razılığa gəliblər.

 

"Artur" Turin təmsilçisində daha çox maaş alacaq - illik 5 milyon avro. Braziliyalı futbolçu katalonlardan ayrılmaq istəməsə də, rəhbərlik onu razılaşdırıb.

 

Arturun keçidi "qoca sinyora"ya 80 milyon, Pyaniçin transferinin "Barsa"ya 70 milyon avroya başa gəlib.

 

Payniç bu mövsüm 35 oyunda 3 qol vurub, 4 assist edib. 30 yaşlı bosniyalı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "Yuventus"a keçib.

 

Artur bu mövsüm 26 oyunda 4 qol vurub, 4 assist edib. 23 yaşlı braziliyalı yarımmüdafiəçi 2018-ci ildə 31 milyon avrroya "Qremio"dan Kataloniya təmsilçisinə üz tutub.

 

Xəbər xətti