"Barselona"nın yeni transfer hədəfi: Edinson Kavani

18:18 - 25 İyun 2020

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferini 111 milyon avroluq tələbə görə təxirə salıb.

 

Sportal.az "Sport" nəşrinə istinadla xəbər verir ki, katalonların yeni hədəfi PSJ-dən ayrılacağı dəqiqləşən Edinson Kavanidir.

 

Öncə "Atletiko" ilə danışıqlar aparan 33 yaşlı futbolçu katalonların marağından sonra təklifi dəyərləndirmək fikrindədir.

 

Uruqvaylı futbolçunun qardaşı və agenti olan Valter Quqlielmone transferlə bağlı açıqlamasında klub adı çəkməsə də, İspaniyadan təklif aldıqlarını deyib: "Klubların adını çəkmək doğru deyil, amma İspaniyada təkliflər almışıq. Bu təkliflərə baxırıq və seçimimizi edəcəyik".

 

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada  301 oyun keçirib və 200 qol vurub.

 

 

Kavaninin agentliyini edən 42 yaşlı Quqlielmone 2007-2009-cu illərdə Bakının "İnter" (indiki "Keşlə"), 2009-2010-cu illərdə isə "Neftçi" klubunda çıxış edib. Keçmiş hücumçu "İnter"də 45 oyunda 28 qol, "Neftçi"də isə 22 matçda 2 qol vurub.

 

Xəbər xətti