Pelleqrini La Liqaya qayıdır

18:18 - 6 İyul 2020

Manuel Pelleqrini İspaniyanın "Real Betis" klubunun baş məşqçisi olacaq.

 

Sportal.az xəbər verir ki, çilili mütəxəssis Sevilya təmsilçisi ilə şərtlərdə anlaşıb. 66 yaşlı mütəxəssis 2+1 illik müqavilə təklifini qəbul edib.

 

Pelleqrininin illik maaşı 5 milyon avro olacaq. O, yeni mövsümdən əndəlüsləri çalışdıracaq.

 

Təcrübəli mütəxəssisin son iş yeri "Vest Hem" olub. O, "Real", "Mançester Siti", "Malaqa", "River Pleyt" və "Vilyarreal" kimi klubları çalışdırıb.

 

Xəbər xətti