İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Milan" evdə "Yuventus"a 4:2 hesabı ilə qalib gəlib.
A Seriyasında turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. "Latsio" 68 xalla 2-ci, "İnter" 64 xalla 3-cü, "Atalanta" 63 xalla 4-cü, "Milan" 49 xalla 5-cidir.
"Milan" - "Yuventus" - 4:2
Qollar: Zlatan İbrahimoviç, 62 (pen.), Frank Kessi, 66, Rafael Leao, 67, Ante Rebiç, 80 - Adryen Rabyö, 47, Kriştiano Ronaldo, 53
saytlarin hazirlanmasi