İspaniyanın "Real Betis" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Sevilya klubunu bundan sonra Manuel Pelleqrini çalışdıracaq. Çilili mütəxəssislə 3 illik müqavilə imzalanıb.
65 yaşlı mütəxəssisin illik maaşı 5 milyon avro olacaq.
Təcrübəli mütəxəssisin son iş yeri "Vest Hem" olub. O, "Real", "Mançester Siti", "Malaqa", "River Pleyt" və "Vilyarreal" kimi klubları çalışdırıb.
saytlarin hazirlanmasi