La Liqanı tərk edəcək 2-ci komanda müəyyənləşdi

14:14 - 17 İyul 2020

İspaniya La Liqasını tərk edən növbəti komanda məlum olub.

 

Sportal.az xəbər verir ki, 37-ci turda "Qranada"ya uduzan (1:2) "Malyorka" Sequndaya düşüb.

 

32 xalla 20 komanda arasında 19-cu olan adalıların son turun nəticəsindən asılı olmayaraq elitadan vidalaşacağı dəqiqləşib.

 

Daha öncə "Espanyol"un La Liqadan düşəcəyi rəsmiləşmişdi.

Xəbər xətti