İspaniyanın “Deportivo” klubu Sequnda ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, komandanın Sequndada son turun nəticələrindən sonra çempionatı tərk edəcəyi dəqiqləşib. La Korunya təmsilçisi gələn mövsümdən 3-cü liqada mübarizə aparacaq.
"Deportivo" 1999-2000 mövsümündə İspaniya çempionu olub. “Rasinq”, “Numansia” və “Estremadura” klubları da 3-cü liqaya yuvarlanıb. “Hueska” və “Kadis” isə La Liqaya yüksəliblər.
saytlarin hazirlanmasi