İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu daha bir mövsüm əndəlüslərdə çıxış edəcək.
İspaniyalı futbolçu La Liqada başa çatan mövsümdə 33 oyunda 7 qol vurub, 5 assist edib. İspaniya kubokunda 6 qarşılaşmaya çıxan təcrübəli futbolçu 4 qol və 2 assistlə yadda qalıb.
Soldado 2019-cu ildə "Fənərbaxça"dan ayrıldıqdan sonra La Liqa klubuna keçmişdi.
saytlarin hazirlanmasi