"Yuventus" ardıcıl 9-cu dəfə İtaliya çempionu oldu

01:45 - 27 İyul 2020

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Yuventus" evdə "Sampdoriya"nı 2:0 hesabı ilə məğlub edib.

 

Turin təmsilçisi qələbə sayəsində xallarını 80-ə çatdırıb və sona 2 tur qalmış çempion olub. "Qoca sinyora" ardıcıl 9-cu, ümumilikdə 36-cı dəfə İtaliya çempionluğunu elan edib.

 

"Yuventus" - "Sampdoriya" - 2:0

Qollar: Kriştiano Ronaldo, 45+7, Federiko Bernardeski, 67

Xəbər xətti