"Milan" İbrahimoviçi saxlamaq üçün danışıqlara başladı

11:59 - 27 İyul 2020

"Milan" mövsümün sonunda müqaviləsi başa çatacaq Zlatan İbrahimoviçi komandada saxlamaq istəyir.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Stefano Piolinin istəyi ilə 38 yaşlı hücumçu ilə danışıqlara başlanılıb. "Qırmızı-qaralar" isveçli hücumçuya illik 4 milyon avro maaş verməyə hazır olsa da, təcrübəli futbolçu 6 milyon tələb edib.

 

Bu səbəbdən də danışıqların ilk mərhələsi uğursuz alınıb.

 

İbrahimoviç qış fasiləsində "Milan"a keçib və keçirdiyi 18 oyunda 8 qol vurub, 4 assist edib.

Xəbər xətti