İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" klubu "Barselona"nın hücumçusu Luis Suareslə maraqlanır.
Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, MLS təmsilçisi uruqvaylı hücumçunun transferi üçün hərəkətə keçib. Məlumata görə, 33 yaşlı futbolçuya sərfəli təklif irəli sürülüb.
Nəşrin məlumatına görə, Suares 2021-ci ilin yayına qədər katalonlarda qalıb, azad agent statusu ilə klubdan ayrılmaq fikrindədir. Əgər "Barsa" təcrübəli forvarda yeni sözləşmə təklif etsə, futbolçu bununla razılaşmağa müsbət yanaşacaq.
Uruqvay millisinin üzvü 6 mövsüm çıxış etdiyi "Barselona"da 281 oyun keçirib, 196 qol vurub, 109 assist edib.
saytlarin hazirlanmasi