"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı "Twitter" hesabında məlumat yayıb. O, 2019-cu ildə infarkt keçirəndən sonra rəsmi oyunlara çıxmayıb.
Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ında başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.
saytlarin hazirlanmasi