Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2:8 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Barselona" radikal dəyişikliklərə hazırlaşır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalonlar Lionel Messi, Kleman Lanqle, Ansu Fati, Ronald Arauxo, Riki Puç, Frenki de Yonq və Mark-Andre ter Şteqendən başqa bütün futbolçularla yollarını ayırmağa hazırdır.
Katalonlar Usman Dembele, Arturo Vidal, İvan Rakitiç, Netu, Samuel Umtiti, Rafinya, Junior Firpo, Martin Breytveyt kimi futbolçuları satış siyahısına qoyub. Bundan əlavə, Jerar Pike, Serxio Buskets, Antuan Qrizmann, Serxi Roberto və Luis Suares üçün də sərfəli təklif gəlsə, klub onları satacaq.
"Barselona" "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya ilə "İnter"in hücumçusu Lautaro Martinesi almağa çalışacaq.
saytlarin hazirlanmasi