"Barselona" Kike Setyenlə yolları ayırıb. Sportal.az klubun saytına istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssis istefaya göndərilib.
Kataloniya təmsilçisinin rəhbərliyi bu qərarı Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra verib.
Setyen bu ilin yanvarından komandanı çalışdırırdı.
"Barselona"nın yeni baş məşqçisinin Niderland millisinin çalışdırıcısı Ronald Kuman olacağı gözlənilir.
saytlarin hazirlanmasi