“Barselona” "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək üçün yenidən hərəkətə keçib.
Sportal.az xəbər verir ki, katalonlar argentinalı futbolçu ilə uzun müddət danışıq aparsa da, koronvirusun yaratdığı maliyyə problemlərinə görə geri çəkilmişdi. Ancaq Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2:8 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi Martinesi transfer etmək üçün səfərbər olub.
"Marca"nın məlumatına görə, "Barsa" 23 yaşlı hücumçu üçün 70 milyon avro təklif etmək fikrindədir. "İnter"in bu məbləği qəbul etməyəcəyi bildirilir. Milan təmsilçisi Lautaro üçün 100 milyon avrodan çox təzminat istəyir.
Martines ötən mövsüm 49 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə edib. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin müqaviləsi 2023-cü ilin yayında bitəcək.
saytlarin hazirlanmasi