"Qalatasaray" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi katalonlardan ayrılacaq xorvatiyalı futbolçunun agenti ilə danışıqlara başlayıb. 32 yaşlı futbolçu "Sevilya" ilə öncədən danışıq apardığı üçün əndəlüslərdən cavab gözləyir.
Əgər Rakitiç keçmiş klubu ilə anlaşmasa, "Qalatasaray" təcrübəli futbolçuya müqavilə təklif edəcək.
Futbolçunun “Barselona” ilə müqavilə müddəti gələn il iyununda başa çatacaq. O, 2014-cü ildən katalonlarda çıxış edir. Rakitiç ötən mövsüm 42 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi