"Barselona"dan ayrılmağa qərar verən Lionel Messini transfer etmək istəyən klub 700 milyon avro ödəməlidir.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçunun müqaviləsindəki şərtə görə, o, azad agent statusuna yiyələnə bilməz. Sözləşmədəki detala görə, argentinalı oyunçu 700 milyon avroya sərbəst qala bilər. Bu barədə La Liqanın saytında da məlumat verilib.
Ulduz futbolçu ilə "Mançester Siti" maraqlanır. Messi peşəkar karyerasına başladığı katalonlarda keçirdiyi 731 oyunda 634 qol vurub, 285 məhsuldar ötürmə edib. O, 6 dəfə "Qızıl top"u qazanıb.
saytlarin hazirlanmasi