"Barselona" "Liverpul"un niderlandlı yarımmüdafiəçisi Corcino Veynaldumu transfer etmək üçün hərəkətə keçib.
Sportal.az "De Telegraaf"a istinadla xəbər verir ki, katalonların yeni baş məşqçisi Ronald Kuman yerlisini komandada görmək istədiyini rəhbərliyə bildirib. "Barsa" 29 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.
Klub hazırda "Liverpul"la danışıqlar aparır. "Barselona" "qırmızılar"a 15-20 milyon avro təzminat ödəyib, transferi rəsmiləşdirəcək.
"Liverpul" Veynaldumu 2016-cı ildə "Nyukasl"dan 27,5 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi