Messinin atası "Barselona" ilə razılaşa bilmədi

23:59 - 2 Sentyabr 2020

“Barselona”nın futbolçusu Lionel Messinin atası və agenti Xorxe Messi klub rəhbərliyi ilə görüşüb.

 

Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, onun katalonların prezidenti Xosep Mariya Bartomeu ilə müqavilənin ləğvi üçün danışıqları nəticə verməyib. Bartomeu argentinalı oyunçunun müqaviləsini pozmaq fikrində olmaqdılarını və onunla iki illik sözləşmə imzalamaq istədiklərini bildirib.

 

Görüşdə Messinin qardaşı Rodriqo və vəkili Xorxe Pekur da iştirak ediblər. Klub onlara Messinin təzminat qiymətinin 700 milyon avro olduğunu diqqətə çatdırıb. "Barselona" yeni mövsümün hazırlığına hələ qatılmayan 33 yaşlı hücumçuya cəza verilməyicini bildirib.

 

Tərəflərin növbəti görüşü bir neçə gündən sonra baş tutacaq.

Xəbər xətti