Kuman Koutinyo ilə bağlı qərar verdi

13:13 - 7 Sentyabr 2020

"Barselona" ötən mövsüm "Bayern"ə icarəyə göndərdiyi Filippe Koutinyo ilə bağlı qərar verib.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, katalonların yeni baş məşqçisi Ronald Kuman braziliyalı yarımmüdafiəçinin komandada qalmasını istəyib.

 

Bu səbəbdən "Barsa" 27 yaşlı futbolçunu satmaq fikrindən daşınıb.

 

"Barselona" Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib.

Xəbər xətti