PSJ-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportal.az "Mundo Deportivoya"ya istinadən xəbər verir ki, "Benfika"ya keçməkdən son anda imtina edən uruqvaylı forvard "Atletiko" ilə anlaşmaq üzrədir. Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.
33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi