"Sevilya" "Sportinq"in sol cinah müdafiəçisi Markos Akunyanın transferini tamamlayıb.
Sportal.az "A Bola" nəşrinə istinadla xəbər verir ki, əndəlüslər bu keçid üçün 10 milyon avro təzminat ödəyib. Daha 2 milyon avro isə bonuslar şəklində ödəniləcək. Argentina millisinin üzvünün keçidi növbəti həftə açıqlanacaq.
Lissabon təmsilçisi 28 yaşlı futbolçunu 2017-ci ildə Argentinanın "Rasinq" klubundan 9,59 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi