“Milan” yarımmüdafiəçisi Hakan Çalhanoğluya yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi təklifi qəbul etsə, illik maaşı 3,5 milyon avro olacaq. Məlumata görə, türkiyəli oyunçu iki dəfə çox maaş istəyir. Buna görə də danışıqlarda yubanma var.
Çalhanoğlunun "qırmızı-qaralar"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi