Fernando Torres baş məşqçiliyə başladı

17:01 - 17 Yanvar 2021

İspaniya millisinin keçmiş futbolçusu Fernando Torresin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı veteran hücumçu məşqçiliyə başlayıb. O, “Atletiko”nun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin edilib.

 

Karyerası ərzində "Atletiko", "Liverpul", "Çelsi", "Milan" kimi klublarda oynamış ispaniyalı futbolçu son olaraq, Yaponiyanın "Saqan Tosu" klubunda çıxış edib.

 

Torres İspaniya yığmasında keçirdiyi 110 oyunda 38 qol vurub. O, milli komanda ilə iki dəfə Avropa çempionu olub, bir dəfə dünya çempionluğu yaşayıb.

Xəbər xətti