Messini ağır cəza gözləyir

12:12 - 18 Yanvar 2021

İspaniya Super kubokunda "Atletik"lə qarşılaşmada qırmızı vərəqə alan "Barselona"nın kapitanı Lionel Messini ağır cəza gözləyir.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu qarşılaşmanın 120-ci dəqiqəsində rəqib futbolçu Asyer Vilyalibreyə arxadan zərbə vurduğu üçün 4 oyunluq cəza ala bilər.

 

Ulduz futbolçu "Barselona"nın heyətində ilk dəfə qırmızı vərəqə alıb.

 

"Barselona" Super kubok matçında "Atletik"ə 2:3 hesabı ilə uduzaraq titulsuz qalıb.

Xəbər xətti