"Atletiko" Simeonenin müqaviləsini uzadır

17:39 - 19 Yanvar 2021

“Atletiko” baş məşqçisi Dieqo Simeonenin müqaviləsini uzatmaq istəyir.

 

Sportal.az AS nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisi 50 yaşlı mütəxəssislə müqavilənin müddətini 2024-cü ilin yayınadək uzatmaq fikrindədir.

 

Simeone koronavirus pandemiyasına görə maaşının azaldılmasına razılaşıb.

 

Argentinalı mütəxəssisin klubla hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Xəbər xətti