"Barselona"nın prezidenti olmağa namizədlərdən biri - Toni Freyşa açıqlama verib.
Sportal.az xəbər verir ki, o, prezident seçiləcəyi halda, heyətin gücləndiriləcəyini bildirib. Freyşa məşhur 2 futbolçunu komandaya gətirəcəyini söyləyib. O, "Qızıl top" arzusunda olan 2 futbolçudan bəhs etdiyini bildirsə də, oyunçuların adlarını açıqlamayıb.
Funksioner müdafiə və hücum xəttinin gücləndirməyin vacibliyini də dilə gətirib. O, prezident seçiləcəyi təqdirdə, 250 milyon avro transfer büdcəsi ayıracağını vurğulayıb.
"Barselona"da prezident seçkisi martın 7-də reallaşacaq. Prezident postuna 3 nəfər namizəddir: Joan Laporta, Viktor Font və Toni Freyşa.
saytlarin hazirlanmasi