"Barselona"nın sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.
Sportal.az xəbər verir ki, 58 yaşlı funksioner bu gün səhər saatlarında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir.
Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.
Polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.
saytlarin hazirlanmasi