"Barselona"nın yeni prezidenti Xoan Laporta komandanın baş məşqçi postunda dəyişiklik etmək fikrindədir.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda La Liqa çempionu olmasa, baş məşqçi Ronald Kuman istefaya göndəriləcək. Klub prezidenti niderlandlı mütəxəssis "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmannla əvəz etmək fikrindədir.
Ronald Kuman mövsümün əvvəlindən "Barselona"nı çalışdırır.
saytlarin hazirlanmasi