"Barselona"nın yeni prezidenti Xoan Laporta komandanın kapitanı Lionel Messinin gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, o, argentinalı ulduzu komandada saxlamağa çalışacaqlarını deyib:
"Messini komandada saxlamağa çalışacağıq. Cəhd edəcəyik, çünki o, tarixin ən yaxşı futbolçusudur. Onu nə qədər çox sevdiyimi bilirsiz. Bunu hamının içində dediyim üçün Messi məni bağışlasın. Ancaq komandada qalmasını nə qədər istədiyimi özü də bilir. Bu mövsüm La Liqa və Kral kubokunu qazanmaq istəyirik. Baş məşqçi Ronald Kumana güvənirik. Komanda inkişaf edir və bu da bizi razı salır".
Messinin "Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi